Avtomobilin "prujinlərini" qızdıran sürücüləri nə gözləyir? - VİDEO

Avtomobilin konstruksiyasına qanunsuz müdaxilə edən sürücü qeydə aldığı videogörüntünü sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, sürücü avtomobilin arxa yaylarını qızdıraraq xüsusi cihazla onu sıxıb. Əksər sürücülər bu üsulla yayları sıxıb avtomobilin arxasını aşağı salırlar. Bu, konstruksiyaya qanunsuz müdaxilə hesab olunur. Çünki yayları qızdıran zaman ehtiyat hissəsinin materialı öz keyfiyyətini itirir.
Avtomobili istehsal edən zavod hansı texniki göstəricilərə malik asqını quraşdırırsa, həmin göstəricilərdən kənara çıxmaq normativ tələbləri pozma kimi qiymətləndirilir.
Eyni zamanda avtomobilə bu cür dəyişiklik etmək təhlükəlidir və məsləhət deyil. Çünki, nəqliyyat vasitəsinin asqılarının vəziyyəti, onun dayanıqlığına, tormozlanmasına, sükan idarə mexanizminə və yükün paylanmasına təsir edir.
Qeyd edək ki, konstruksiyaya edilmiş bu cür dəyişikliklərə görə sürücülər 150 manat məbləğində cərimə edilə bilər.
Leyla
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












