Avtovağzalda SIXLIQ YAŞANDI - VİDEO

Beş günlük bayram tətilini fürsət bilənlər rayonlara üz tuturlar.
Bayramın ilk günü Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaranıb.
Bölgələrə sərnişin axınının artacağını proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də, istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq olub.
Səbəb əksər insanların məhz bölgələrə gedəcəkləri gün bilet almaq istəmələridir.
Sıxlıq ən çox şimal bölgəsi üzrə bilet satılan kassaların qarşısında yaranıb.
Əvvəlcədən həm kassadan, həm də onlayn bilet alan sərnişinlər heç bir problemlə üzləşməyiblər. Bütün avtobuslar biletdə qeyd edilən vaxtda bölgələrə yola düşüb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Zəfər Günü və Dövlət Bayrağı bayramları ilə əlaqədar ayın 7-12-dək gücləndirilmiş iş rejimində işləyəcək. Qurumun mətbuat katibi Sabir Bilalov deyir ki, sıxlıq nəzərə alınaraq xətlərə əlavə avtobuslar buraxılıb.
Təkcə ötən gün 340 reyslə 11 minə yaxın sərnişin daşınıb ki, bu da adi günlərdən iki dəfə çoxdur.
Qeyd edək ki, sərnişinlərin rahat və təhlükəsiz gedişi üçün reysə çıxan avtobus sürücülərinə və daşıyıcı şirkətlərə də tapşırıq verilib ki, yollarda diqqətli olsunlar.
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












