Ayıq sürücüyə görə maşını duracağa qoyulan sürücü nə etməlidir? - AÇIQLAMA

Sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin qadağan olduğunu hər birimiz bilirik. Spirtli içki qəbul etdikdən sonra ayıq sürücü xidmətinə müraciət edən məsuliyyətli sürücülər az deyil. Lakin bəzi hallarda ayıq sürücü avtomobil sahibinə problem yaradır. Dəfələrlə ayıq sürücülərin özləri sərxoş vəziyyətdə olur, yaxud sürücülük vəsiqəsi olmadan “xidmət” göstərirlər. DYP əməkdaşı ayıq sürücünün idarə etdiyi avtomobili saxladıqda və yuxarıda qeyd olunan problemləri aşkarladıqda nə baş verir?
Avosfer.az-a müraciət edən sürücü analoji problemlə üzləşib. Onun avtomobilini idarə edən ayıq sürücünün sürücülük hüququ məhdudlaşdırılıb. Nəticədə protokol tərtib olunub və maşın duracağa yerləşdirilib. Lakin problemin böyüyü avtomobilin sahibi üçün yaranıb. Hazırda vətəndaş ayıq sürücünün səhvinə görə öz avtomobilini istifadə edə bilmir. Bəs belə hallarda sürücülər nə etməlidirlər?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, ayıq sürücü xidmətindən istifadə edən şəxslər belə problem yaşamamaq üçün diqqətli olmalıdırlar:
“Sürücülər ilk növbədə mötəbər və etibarlı ayıq sürücü xidmətlərindən istifadə etməlidir. Ayıq sürücü göndərildikdə çəkinmədən həmin şəxsin sürücülük vəsiqəsini tələb edib, etibarlılıq tarixi də daxil olmaqla vəsiqəni yoxlamalıdır”.
Hüquqşünas ayıq sürücünün sürücülük hüququ məhdudlaşdırıldığını və vəsiqəni təhvil vermədiyi hallarda xidmətdən istifadə edən şəxsin nələr etməli olduğuna da aydınlıq gətirib:
“Yol polisinin yoxlanışı zamanı belə vəziyyətə düşən avtomobil sahibləri ən qısa müddətdə - yəni protokol yazılana qədər olan vaxt ərzində başqa sürücü tapıb, avtomobili cərimə meydançasına aparılmadan götürməlidir. Nəzəri cəhətdən yol polisi də buna şərait yarada bilər. Əgər bu alınmasa avtomobil cərimə meydançasına yerləşdiriləcək. Maşının sahibi istəsə sürücülük hüququ olan birinə müraciət edib, avtomobilini təhvil ala bilər. Bu da alınmasa spirtli içkinin təsiri keçdikdən sonra özü gəlib, avtomobilini geri alacaq.”
Hüquqşünas bildirib ki, qeyd olunan hallarda avtomobil dərhal sahibinə təhvil verilməlidir.
Məhəbbət Tərlanoğlu
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO












