AYNA parka gələnlərin işini asanlaşdırıb yolu kəsənlərə qarşı tədbir gördü - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları Səbail rayonu, Bayıl qəsəbəsində hərəkətin təşkili ilə bağlı yeniliklər edib. Avtosfer.az xəbər verir ki, vaxtilə Bakı Nəqliyyat Agentliyi tərəfindən lüzumsuz yerə qoyulan dayanma-durmanı qadağan edən yol nişanı Mikayıl Useynov küçəsində Bayı bağının ətrafından - Səbayel rayon Məhkəməsinin qarşısından götürülüb.
Vaxtilə sakinlər Avtosfer.az-a müraciət edərək bildirirdi ki, Bayılda insanların istirahəti üçün yeganə park buradır. Bura gələn zaman isə sürücülərə cərimə yazılır. Məsələ burasındadır ki, yol birtərəflidir və sağda dayanma-durmaya icazə verildikdə hərəkətə heç bir problem yaranmır. Bu nişanı Ziya Yusifzadə küçəsində problemli nöqtəyə quraşdırmaqla bağlı müraciət də AYNA-ya yönləndiriləndən sonra məsələ nəzarətə götürülüb. Bu gün 3.27 nişanı Bayıl bağının ətrafından götürülüb. Daha sonra isə Ziya Yusifzadə küçəsinin sonunda yeni tikilən binanın sakinləri və ya işçiləri tərəfindən yaradılan problemi həll etmək üçün yeni ünvana quraşdırılıb. Bununla da lazımsız yerə qoyulan nişan götürülərək daha vacib yerə quraşdırılıb.
Beləliklə, AYNA sakinləri narahat edən problemi həll edərək digər ərazidəki problemi aradan qaldırmaq üçün addım atıb.
Emin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO















