Azərbaycanda polislər drondan istifadə edə bilərmi? - ARAŞDIRMA - VİDEO

Radar və kamera quraşdırılmayan yollar demək olar ki, nəzarətsiz qalır. Belə yollarda bəzi sürücülər yol hərəkəti qaydalarına əməl etmir. Beynəlxalq təcrübədə son vaxtlar avtomobil və digər nəqliyyat vasitələrinin hərəkətinin izlənilməsi üçün dronlardan istifadə edilir. Dronlar 2 km məsafədən sürəti ölçə, hətta sürücünün kəmər taxıb-taxmadığını, telefonla danışdığını da qeydə ala bilir. Bu da həm yol polislərinin işini rahatlaşdırır, həm də sürücüləri qaydalara əməl etməyə sövq edir. Çünki bəzi sürücülər yol polisinin, radar və nəzarət kameralarının yoxluğunu fürsət bilərək qaydaları pozurlar və qayda pozuntusu nəzarətsiz yolda baş verdiyi üçün həmin sürücü məsuliyyətdən yayınır. Bəs bu yenilik Azərbaycanda tətbiq oluna bilərmi?

Bu barədə Avtosfer.az-a açıqlamasında deputat Fazil Mustafa bildirib ki, nəqliyyat vasitələrinin hərəkətinin izlənməsi üçün bütün vasitələrdən istifadə oluna bilər:
“Beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi elə də çətin məsələ deyil. Dronların tətbiqi təhlükəsizlik baxımından faydalıdır. Çünki polis avtomobolinin cinayətkarın və ya hansısa şübhəli nəqliyyat vasitəsinin təqibində sürətli hərəkəti zaman yol qəzaları və digər risklər ortaya çıxır”.
Deputat qeyd edir ki, bu texnologiyalar həm də tıxaclarda da fəal istifadə oluna bilər:
“Bəzən tıxac o səviyədə olur ki, yol hərəkətinə nəzarət edən avtomobillər ora gəlib çata bilmir. Təbii ki, burada ilk növbədə tıxacla bağlı məsələni həll etmək lazımdır”.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat ekserti Elməddin Muradlı bildirib ki, dünyanın bir çox ölkələrində yol hərəkətinin təhlükəsizliyinə tam nəzarət etmək üçün dronlardan istifadə olunur:
“Dronların tətbiq olunduğu ərazilər əsasən kamera və radarların quraşdırılması ya da tətbiqi çətin olan ərazilərdir. Artıq Rusiyada və Avropanın bir çox ölkələrində nəqliyyatın hərəkətində dronlardan istifadə olunur ki, bunun çox böyük səmərəliliyi və effektivliyi var”.
Azərbaycanda da yol hərəkəti qaydalarını pozanların və nəqliyyat hadisələrinin sayı artdıqca belə texnologiyaların tətbiqinə ehtiyac yarandığını bildirən ekspert qeyd edir ki, dronlar yol hərəkəti qaydalarını pozanlara qarşı istifadə olunmalıdır.
“Azərbaycanda dronlar həm istifadə olunur həm də istehsal olunur. Bunu yol hərəkəti təhlükəsizliyi ilə bağı texnoloji vasitəyə çevirmək mümkündür. Radar, kamera, yol polisi olmayan yerlərdə sürücülərimizin nə oyunlar çıxartdığını biz görürük”.
Güman edirik ki, belə innovativ texnologiyalar tezliklə ölkəmizdə tətbiq olunar. Artıq yol hərəkəti qaydalarına hamı bir nəfər kimi əməl edər.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












