Bakıda baş verən qorxunc qəzalar: sürücü səhlənkarlığı, yoxsa? - VİDEO
Bakı şəhərində son aylar baş verən bir neçə qəzanın videosu yayılıb. Avtosfer.az xəbər verir ki, əksər hallarda sürücülərin təhlükəsizlik qaydalarına əməl etməməsi ağır qəzalarla nəticələnir. Belə ki, videoda ilk qəza piyada keçidində baş verir. İşıqforun qadağanedici nişanında avtomobillər dayanaraq piyadaların keçməsini gözləyir. Bu zaman yüksək sürətlə gələn “Galendewagen” markalı avtomobilin sürücüsü keçiddə dayanmış maşınlara çırpılır. Xoşbəxtlikdən keçiddən keçən piyada son anda sürətlə gələn avtomobili görərək qaçır və bununla da ölümdən canını qurtarır.
İkinci qəza qəfil tormozlama zamanı idarəetməni itirmə nəticəsində baş verir. Sürücü yağışlı havada qəfil əyləci basır və nəticədə idarəetməni itirərək yolun kənarındakı dəmir arakəsməyə çırpılır.
Üçüncü qəza isə ara məsafəsinin düzgün seçilməməsi nəticəsində baş verir. Belə ki, qarşıda qəza olur və nəticədə avtomobillər dayanmağa məcbur olurlar. Bu zaman sürət və ara məsafəsini düzgün seçməyən sürücü arxadan digər avtomobilə çırpılır. Videonu təqdim edirik:
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












