Bakıda eyni torpaq sahəsi 36 nəfərə satılıb - VİDEO
Bakının Binə qəsəbəsində eyni torpaq sahəsi 36 nəfərə satılıb.
Bu barədə şikayətçilər məlumat verib.
Onlar iddia edirlər ki, Orxan Cəlilov adlı şəxs “Binə atçılıq” adlanan ərazidə yerləşən torpaq sahəsini içərisindəki yarımtikili ilə birgə çox sayda şəxsə satıb. Hamısına da fərqli qiymətə.
Şikayətçilər deyirlər ki, aldadıldıqlarını anladıqdan sonra aidiyyəti oraqanlara müraciət ediblər. Lakin işin gedişatı onları qane etmir.
Aldadılan şəxslər arasında hətta alqı-satqı prosesini kameraya qeyd edən də var.
Məsələnin əslini öyrənmək üçün torpağı satdığı iddia edilən Orxan Cəlilovla və torpağın əsl sahibi ilə əlaqə saxlamağa çalışdıq. Orxan Cəlilov telefona cavab verməsə də, torpağın əsl sahibi yaranmış vəziyyətdən təngə gəldiyini bildirdi.
Şikayətçilərin iddiası ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, vətəndaşlar tərəfindən daxil olmuş müraciətə əsasən məsələ ilə bağlı hazırda müvafiq polis oraqanında araşdırma aparılır. Araşdırmanın nəticəsində asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












