Bakıda körpünün altını dayanacaq edib pul yığırlar - VİDEO

Bakıda körpülərin altı parkinq ərazisinə çevirilib. Burada həm minik maşınları, həm də yük avtomobilləri park edilib.
3-cü mikrorayon dairəsi kimi tanınan Alı Mustafayev və Rövşən Cəfərov küçələrinin kəsişməsindəki körpünün altındanda da vəziyyət belədir.
Körpülərin altında, həmçinin tunellərdə avtomobillərin park edilməsinə qadağa qoyulsa da, görünən mənzərə bunun əksini göstərir.
Sözügedən yerin parkinq kimi istifadə olunması ərazidən keçən insanlarla yanaşı, küçənin digər tərəfində yerləşən binanın sakinlərini də narahat edir.
Sakinlər deyir ki, günün əksər saatlarında burdan ya siqnal səsi, ya da bölgələrə sərnişin yığan taksi sürücülərinin səsi əksik olmur.
Sürücülər müsahibə verməkdən çəkinsələr də, söhbətimiz zamanı məlum oldu ki, avtomobili saxlamaq üçün 1 manat ödəniş edirlər. Əvəzində isə sürücülərə heç bir qəbz verilmir.
Gün ərzində isə burada 100-dən çox avtomobil park edilir. Bu işi təşkil edən şəxslər kameramıza açıqlama vermək istəmədilər. Onlar ərazinin girişinə şlaqbaum quraşdıraraq istədikləri formada qanunsuz fəaliyyətlə məşğul olurlar.
Çünki "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə və onların altında dayanma və durma qadağandır. Əgər hansısa sürücü bu qaydanı pozursa onu 20 manat cərimə gözləyir.
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












