Bakıda "rolik" sürüb ölümə gedən gəncləri yol polisi cərimələdi - FOTO - VİDEO
Dünən saat 22:18 radələrində dörd gənc ayaqlarına təkərlik (rolik) geyinərək Bakının mərkəzi küçələrində əməlli-başlı şou göstəriblər. Avtosfer.az-ın əməkdaşları onların bu halına şahid olub. Həmin gənclər Parlament prospekti ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində üzü Nərimanov heykəlinə tərəf yüksək sürətlə yolun hərəkət hissəsində təhlükəli manevrlər ediblər. Onların üçündə qulaqlıq və əllərində telefonla məşğul olduqları halda təxminən saatda 50-60 km sürətlə maşınların arasında hərəkət ediblər. Nərimanov heykəlinin yanından sağa, Teymur Elçin küçəsi istiqamətində hərəkət edən gənclər burada da nəqliyyat vasitələrinə təhlükə yaradaraq Lermontov küçəsinə daxil olublar. Ardınca Nazirlər Kabinetinin yanı ilə Şeyx Şamil küçəsinə çıxıblar. Oradan isə üzü Prezident Adminstrasiyası istiqamətində hərəkət edərək Niyazi küçəsi ilə Azneft dairəsinə doğru gediblər. Bu zaman yenə də yolun hərəkət hissəsi və avtomobillərin arası ilə rolik sürüblər. Bununla həm özlərini, həm də digər hər hərəkət iştirakçılarına təhlükə yaradıblar.
Azneft meydanında isə onları 99 YP 415 dövlət nömrə nişanlı patrul avtomobildə xidmət aparan əməkdaşlar onları saxlayıb.
Bulvar ərazisinə daxil olan gənclərdən üçü saxlanılıb. Aparılan söhbətlər zamanı gənclərin 17-21 yaşlarında olduğu müəyyən edilib. Hətta birinin xaricdə təhsil aldığı məlum olub. Onlara pozduqları qaydalar izah olunub, bunun təhlükəli tərəflərini bildirilib. Lakin gənclər bununla razılaşmayıb və Bakıda rolik sürmək üçün yer olmadığını deyərək məsuliyyətdən yayınmağa çalışıblar. Amma YPX əməkdaşları həmin şəxslər barəsində inzibati qaydada protokol tərtib edib və gənclər cərimələnib. Avtosfer.az görüntülərin bir hissəsini təqdim edir:
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO















