Bakıxanovda "ərəbzəngi" sürücü peyda olub: yolu kəsir - VİDEO
Oxucularımızdan biri Avtosfer.az-a videogörüntü göndərib bildirib ki, 20 iyul saat 22:11 radələrində Bakıxanov qəsəbəsində, "Aura" şadlıq sarayının yaxınlığında 99 SU 380 dövlət qeydiyyat nişanlı Hyundai markalı avtomobilin sürücüsü tam olaraq yolun hərəkət hissəsini kəsib yolu bağlayıb. Dəfələrlə işarə etsələr də, səs siqnalı versələr də sürücü heç nəyə məhəl qoymayıb. Arxadan gələn sürücülər də məcbur olaraq son zərurət halı kimi 1.1 xəttinin tələbini pozub əks istiqamətə çıxaraq hərəkət ediblər. Amma bu hal həm əks yola çıxan sürücülər, həm də əks istiqamətdən gələn sürücülər üçün olduqca böyük təhlükə yaşada bilər. Görünür bu təhlükə yolu kəsən sürücünü qəti narahat etməyib.
Ümid edirik ki, DYP səlahiyyətliləri bu sürücünün tapılıb qanunamüvafiq cəzalanmasını tezliklə təmin edərlər.
Görüntüləri təqdim edirik.
Kənan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












