Bakıxanovda qayda pozan sürücülər tıxacı böyütdü, biri isə görün nə dedi… - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kütləvi şəkildə qayda pozan sürücülər avtomobilin kamerasına düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 12-də saat 18:13 radələrində Əhməd bəy Ağayev və Leyla Məmmədbəyova küçələrinin kəsişməsində qeydə alınıb.
Videoda 77-QT-498 dövlət nömrə nişanlı “BYD”, eləcə də “KIA” və “Mercedes” markalı avtomobillərin sürücülərinin yolayrıcının keçilməsi qaydasını pozduğu görünür. Belə ki, tıxacda gözləmək istəməyən sürücülər yolayrıcına daxil olaraq sol tərəfdən gələn nəqliyyatın hərəkətinə mane olublar. Bu isə sıxlığı daha da artıraraq yolun hər iki istiqamətində hərəkəti iflic edib.
Yolu kəsilən sürücülərdən biri vəziyyətə etiraz edərək “Niyə növbənizi gözləmədən yolayrıcına girirsiniz?” deyə irad bildirib. Lakin qayda pozan sürücü törətdiyi xətanı qəbul etmək əvəzinə, “Sən yoluna davam elə, niyə dayanmısan?” deyə özünə haqq qazandırmağa çalışıb.
Qeyd edək ki, Yol Hərəkəti Qaydalarına əsasən, sürücü qarşı tərəfdə boş yer olmadığını gördükdə yolayrıcına daxil olmamalıdır. Əks halda, kəsişməni bağlayaraq həm özünə, həm də digər hərəkət iştirakçılarına əlavə tıxac və təhlükəli vəziyyət yaradır. Yolayrıcını işğal etmək inzibati xəta sayılır və belə halların qarşısını almaq üçün sürücülərin intizamlı şəkildə növbəyə riayət etməsi vacibdir.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə, yolayrıcının keçilməsi qaydasını pozan sürücülər 3 bal və 100 manat cərimə edilir.
Nərmin
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO












