BNA bu yola 2 nişan quraşdırdı, aləm bir-birinə dəydi - VİDEO

Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı nişanlar sürücülərdə çaşqınlıq yaradıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Heydər Əliyev prospekti ilə Davud Aslan küçəsinin kəsişməsindən gedir. Belə ki, Heydər Əliyev prospektindən gələn sürücülər əvvəllər həm sağa - Davud Aslan küçəsi istiqamətinə, həm də geriyə dönərək Dövlət Neft Şirkətinə və onun ətrafındakı ərazilərə gedə bilirdilər. Lakin edilən son dəyişiklikdən sonra Dövlət Neft Şirkəti istiqamətinə gedən yolun girişinə 3.2 - hərəkət qadağandır nişanı quraşdırılıb. Nişanın təsir sahəsinə isə yalnız orada işləyən insanlar daxil ola bilir. Digər şəxslərin hərəkəti inzibati məsuliyyət yaradır.
Hərəkət qadağandır nişanı ilə yanaşı yolun girişinə 5.15 - parklanma yerini bildirən nişan da quraşdırılıb. Öncə qeyd edək ki, quraşdırılan bu nişan standarta uyğun deyil. Çünki qanunvericilikdə 5.15 nişanının üzərində təşkilatın adı, həmçinin "xidməti" sözünün yazılması nəzərdə tutulmayıb. Nişanın isə orada quraşdırılması ayrı bir mövzudur. Nəqliyyat vasitələri nişanın təsir sahəsində park edilsə yolda hərəkət avtomatik olaraq iflic olacaq. Çünki park edilən avtomobillə ayırıcı zolaq arasında 3 metrdən az məsafə qalır. Bu isə həm qanunazidd parklanmadır, həm də belə parklanma yolda hərəkət hissəsini daraldaraq yolu keçilməz edir.
Təbriz
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










