Bu ərazidə tez-tez qəza baş verir - Bu dəfə “Mercedes”lə “Hyundai” toqquşdu - VİDEO

Sürücülər arasında ən çox törədilən qayda pozuntularından biri də manevr etmədir. Xüsusilə tıxac zamanı bu hala sıx rast gəlmək mümkündür. Belə ki, sağ, yaxud sol zolaqda hərəkətin mümkün olduğunu görən sürücü həmin zolağa keçməyə cəhd edir. Hətta bəzi avtomobil idarəçiləri dönmə işığını yandırmadan manevr edir. Bir qismi də zolağa keçdikdən sonra lüzumsuz şəkildə dönmə işığını yandırır. Təbii ki, qəza təhlükəsinin baş verməməsi üçün öncədən sürücüyə xəbərdarlıq etmək və ehtiyac yaranmadığı halda manevr etməmək lazımdır. Bunu normal qarşılayıb yol verən sürücülərlə yanaşı qəbul etməyənlər də var. İstənilən halda bu qayda pozuntusunu törətmək qəbuledilməzdir.
Qeyd etdiyimiz qayda pozuntusuyla bağlı Sabunçu rayonu Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 20-də saat 17:39 radələrində qeydə alınıb. Belə ki, “Mercedes” markalı maşın, “Hyundai Accent” markalı avtomobillə toqquşub. Qəzaya səbəb “Mercedes” sürücüsünün manevr qaydasını pozması olub. Videodan göründüyü kimi, o, sağ zolağa keçmək istəyərkən hərəkətdə olan “Hyundai”a dəyib. Nəticədə hər iki nəqliyyat vasitəsi zədələnib.
Qeyd edək ki, zərərçəkmiş bu ərazidə sürücülərin manevr qaydasını tez-tez pozduğunu və bu səbəbdən hər il qəzaya düşdüyünü vurğulayıb.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












