Bahalı maşınlarla bahalı restorana gələnlər piyadaların yolunu kəsdi - VİDEO

Paytaxtın Mir Cəlal küçəsində dayanma-durma və parklanma qaydaları kobud şəkildə pozulur. Bu barədə Avtosfer.az-a ərazidə yaşayan sakinlərdən şikayət daxil olub. Bildirilir ki, gün ərzində, xüsüsilə axşam saatlarında rəsmi parklanma yerləri olduğu halda sürücülər səkilərdə avtomobil saxlayır. Bu isə insanların rahat hərəkətinə ciddi maneə yaradır.
Sakinlər deyir ki, ərazidə yerləşən “Çinar” restoranının qarşısı hər gün bahalı maşınlar tərəfindən tutulur. Piyada keçidindən yolu keçən vətəndaşlar səkidə hərəkət edə bilmir və məcbur olaraq yola çıxırlar. Halbuku burda parklanma üçün kifayət qədər yer var.
Görünən odur ki, bahalı maşınla, bahalı restorana gələn sürücülər parklanmaya görə cüzi məbləği ödəməmək üçün avtomobilini səkidə saxlayır. Bu hal ən çox əlil və uşaq arabası ilə hərəkət edən şəxslər üçün problem yaradır. Belə ki, piyada keçidi bitəndən sonra səkiyə çıxmağa yer yoxdur. Çünki qarşılarını avtomobillər kəsir.
Sakinlər deyir ki, əraziyə nəzarət olmadığı üçün hər gün eyni vəziyyət yaranır.
O da bildirilir ki, “Çinar” restoranı oliqarx məmurlardan birinə məxsusdur.
Vətəndaşlar tərəfindən göndərilən videonu təqdim edirik. Ümid edirik ki, DYP əməkdaşları qeyd olunan yerdə qanunvericiliyin tələblərini pozan sürücüləri cəzalandıracaq və ərazidə qayda-qanun bərpa olunacaq.
Fərid
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












