Bu küçədə piyada keçidinin olmaması qəzalara səbəb olur - AYNA nəzarətə götürdü - VİDEO

Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan sakinlərdən saytın qaynar xəttinə şikayət daxil olduqdan sonra əraziyə baxış keçirdik. Problem Abşeron və Xanlar küçələrinin kəsişməsində heç bir nişanlanma xəttinin, piyada keçidinin və işıqforun olmamasıdır. Avtosfer.az xəbər verir ki, sakinlər sözügedən ərazidə tez-tez yol nəqliyyat hadisələrinin olduğunu iddia edirlər. Araşdırmalarımız nəticəsində iddiaların gerçək olduğu meydana çıxdı. Ərazidə indiyə kimi onlarla yol nəqliyyat hadisəsi qeydə alınıb, üstəlik hadisə qurbanlarının bir çoxu məktəblilərdir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. AYNA-nın mətbuat katibi Tural Orucov sözügedən əraziyə AYNA-nın əməkdaşları tərəfindən daha öncədən baxış keçirildiyini və aidiyətı qurumlarla razılaşdırılmaqla eynisəviyyəli nizamlanmayan piyada keçidinin təşkil edilməsi qərara alınıb. “Yaxın zamanda ərazidə müvafiq yol nişanları quraşdırılacaq və nişanlanma xətləri çəkiləcək.”
Nurlan Sakitoğlu
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












