Bakının ən böyük prospektində piyada keçidləri niyə azdır?- AYNA-dan AÇIQLAMA

Qanunda müəyyən olunub ki, yaşayış məntəqələrində piyada keçidləri arasında maksimum məsafə 300 metr ola bilər. Lakin 8 Noyabr prospektində piyada keçidləri arasında bəzi yerlərdə məsafə 1 km-dən çoxdur.
Belə ki, bu ərazidə kifayət qədər avtobus dayanacaqları var ki, onların yanında piyada keçidləri yoxdur. Belə halda piyadalar nə etməlidir? Bəs təhlükəsizlik necə təmin olunmalıdır?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, davamlı xarakter daşıyan bütün layihələrdə hərəkət iştirakçıların, o cümlədən piyadaların təhlükəsizliyi ön planda dayanır:
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın küçə və prospektlərində müxtəlif infrastruktur layihələri həyata keçirilir. Son illər 8 Noyabr prospektinin bir neçə məntəqəsində piyadaların yolu təhlükəsiz keçmələri üçün işıqforlarla nizamlanan keçidlər təşkil olunub”.
Mətbuat katibi qeyd edib ki, 8 Noyabr prospektinin 2 ərazisində (“Megafun” əyləncə mərkəzi və “Günəş” marketin qarşısında) nizamlanan piyada keçidləri istifadəyə verilib.
“Yaxın günlərdə daha 3 ünvanda (2-si Hərbi Qənimətlər Parkının yanında, 1-i isə Yavər Əliyev küçəsi ilə kəsişmədə) bu cür keçidlər istifadəyə veriləcək. Bu işlər davamlı olaraq həyata keçiriləcək”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, təəssüf ki, Bakı Şəhərinin bəzi ərazilərində piyadaların hərəkəti yaxşı təmin olunmayıb.
“Bir sıra yollarda piyada keçidləri də düzgün təşkil olunmayıb. Piyadarın keçməsi üçün nəzərdə tutulmuş yerüstü keçidləri əliliyi olan və yaşlı vətəndaşlar üçün əlverişsizdir. Onlarla yanaşı yolla eyni səviyyəli və ya yeraltı keçidlər olmalıdır”.
Nəqliyyat eksperti vurğulayıb ki, yolla eyni səviyyəli və ya yeraltı keçidləri keyfiyyətli və düzgün təşkil olunmalıdır”.
“Bu keçidlər işıqlandırılmalı, xüsusi boyalarla xətlənməli və nişanlar qoyulmalıdır ki, ordan keçən piyadalar üçün təhlükə yaranmasın”.
Son vaxtlar piyada keçidindən istifadə etməyən vətəndaşların qəza qurbanı olduğunu tez-tez müşahidə edirik. Qeyd edilən ərazidə isə piyadaların istifadə edəcəyi keçidlər yoxdur. Keçidlərin yaxın müddətdə istifadəyə veriləcəyini güman edirik.
Məhəbbət Tərlanoğlu
Xanım sürücü ilə xanım təlimçi parkinqdə mübahisə etdi - Səhv kimdədir? - VİDEO
Dövlət qoruğuna gedən yol torpağın altında qalıb: Nəzarət edən yoxdur - VİDEO
Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Amalın anası Prezident İlham Əliyevə müraciət etdi: “GÜNAHKAR CƏZASINI ALSIN” - VİDEO
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq dövrü başlayır – “Bolt”dan AÇIQLAMA - VİDEO
Ayaqlarını maşının pəncərəsindən sallayan sərnişin CƏZALANDIRILDI - VİDEO
Avtomobil ödəniş məntəqəsinə çırpıldı; ölən və xəsarət alanlar var - ANBAAN VİDEO
Sürət həddini aşan sürücü ağır qəza törətdi: 5 nəfər həyatını itirdi - ANBAAN VİDEO
Qaydaları saymayan motosiklet sürücüsü iki sərnişinlə qırmızı işıqdan keçdi - VİDEO
Novxanıda qadın sürücü yolu keçən piyadaları vurdu - VİDEO
Saatda 180 km sürətlə “təcili yardımla” toqquşdu; 5 nəfər xəsarət aldı - VİDEO










