Bu marşrutda gedişhaqqı artıb - VİDEO

592 nömrəli avtobusda gedişhaqqı artıb.
Abşeron rayonunun Xırdalan şəhəri ilə Görədil qəsəbəsini əlaqələndirən müntəzəm marşrut xəttininin sərnişinləri qiymətin dəyişməsindən narazıdırlar.
Onlar deyir ki, avtobusda ödəniş kart sisteminə keçəndən sonra gedişhaqqı 50 qəpik olub.
Sərnişinlər məsafədən asılı olmayaraq 50 qəpik ödəniş tələb edilməsini doğru saymadıqlarını bildirir.
Qiymət artımı ilə bağlı daşıyıcı şirkətdən bildirildi ki, əvvəllər marşrut xəttində fiziki şəxsə məxsus kiçiktutumlu, istismara yararsız avtobuslar xidmət göstərib. Sonradan xəttə daha böyük və rahat avtobuslar buraxılıb.
Xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə də kartla ödəniş sisteminə keçid edilib. 592 saylı xəttin bir dövrünün uzunluğu 45,6, yarım dövrü isə təxminən 23 kilometrdir. Tarif Şurasının müvafiq qərarı ilə də dövrünün yarısı 15 kilometrdən artıq olan müntəzəm marşrut xətlərində gedişhaqqı 50 qəpik müəyyən edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












