Bu svetoforun qırmızı işığında keçməyin CƏRİMƏSİ YOXDUR? - NİİM-dən AÇIQLAMA - VİDEO

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sektor müdiri Ömər Xıdırov Avtosfer.az-a açıqlama verib. O bildirib ki, qeyd olunan ərazidə svetoforların iş prinsipi ilə bağlı heç bir problem yoxdur. Yəni svetoforlar düzgün yerdə quraşdırılıb. Sadəcə olaraq həmin yolda nişanlanma xəttləri aparılmalıdır və müvafiq olaraq ərazidə bu işlərin aparılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumuna məlumat verilib.
***
Paytaxtın Yeni Günəşli qəsəbəsində quraşdırılmış svetofor obyekti sürücüləri çaşbaş salır. Avtosfer.az xəbər verir ki, sözügedən svetofor İlqar Musayev küçəsində quraşdırılıb. Belə ki, həmin küçə ilə hərəkət edən zaman yol iki yerə ayrılır: düzünə Abbas Fətullayev küçəsinə, sola isə İlqar Musayev küçəsi istiqamətinə gedir. Sözügedən kəsişmədə svetofor obyekti quraşdırılıb. Lakin həmin svetofor yalnız düzünə - Abbas Fətullayev istiqamətinə hərəkət edənlərə şamil olunur. Sola dönənlər svetofor dirəyini keçmədikləri üçün qayda pozmamış hesab olunurlar. Ayırıcı zolağın üzərinə quraşdırılmış təkrar svetoforun isə heç bir mənası yoxdur. Bilinmir ki, həmin svetoforun funksiyası nədən ibarətdir, kimin üçün quraşdırılıb. Yəni həmin svetoforun qırmızı işığı yanan zaman sual yaranır ki, hansı sürücülər dayanmalıdır, harada dayanmalıdır, niyə dayanmalıdır. Yerdə stop xətt olmadığı üçün və svetofor həmin yola aid olmadığı üçün qırmızı işıqda keçən sürücüləri məsuliyyətə cəlb etmək düzgün hesab edilmir. Çünki hərəkət elə təşkil edilib ki, hətta yaşıl işıq yanan zaman həmin işığın kimə aid olması da sual yaradır.
Ümid edirik ki, aidiyyəti qurumlar həmin ərazini müayinə edərək mövcud nöqsanı aradan qaldıracaq.
Leyla
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












