Deputat Avtosfer.az-ın qonağı oldu: yol hərəkəti, silah gəzdirənlər və … - VİDEO

Milli Məclisin deputatı Vüqar İskəndərov Avtosfer.az-ın qonağı olub. Nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə ölkə gündəmində problemli məsələlərin həlli yolunda, əsasən də yol hərəkəti təhlükəsizliyi haqqında müzakirələr aparılıb. Millət vəkili xüsusilə paytaxtın tıxaclı küçələrində yaşanan xaosun aradan qaldırılması məqsədilə işlərin aparılmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə tıxacın yaranmasında başlıca səbəblərdən biri universitetlərin və bəzi dövlət qurumlarının şəhərin mərkəzində yerləşməsidir. Bununla yanaşı, piyadaların intensiv olmayan hərəkəti, sürücülərin yol kənarında qanunsuz parklanmalar etməsi və yol nişanlarının bəzilərinin düzgün quraşdırılmaması kimi halları da var. Vüqar İskəndərov problemlərin aradan qaldırılması yönündə bəzi təkliflər irəli sürüb. Bildirib ki, bu piyadaların və sürücülərin təhlükəsiz və rahat mənzil başına çatmalarına şərait yarada bilər.
Ekspertin avtomobildə soyuq silah gəzdirən sürücülərlə bağlı suallarına ciddi irad bildirən deputat bunun cinayətdən başqa bir şey olmadığını bildirib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ekologiyanın qorunması uğrunda “Təmiz hava aylığı” proqramının davam etdirilməsinin mühüm olduğunu vurğulayan millət vəkili, sürücülərin də diqqətli və məsuliyyətli olmalarının vacib olduğunu bildirdi: “2024-cü ilin payızında BMT-nin iqlim üzrə “COP 29” adlı ən böyük tədbiri keçiriləcək. Bu da ölkəmizə bir tədbirlə bağlı ən çox adamın axın edəcəyi anlamına gəlir. Səbəb isə həyacan təbili çalan ekoloji tarazlığın pozulması ilə bağlıdır. Biz də vətəndaş borcumuz olaraq ekologiyanı qorumağa məcburuq.”
Ətraflı videomaterialda:
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












