Dayanacağı, hərəkət zolağını zəbt edib tıxac və təhlükə yaradanlar - VİDEO

Yolun hərəkət hissəsində avtomobil saxlayaraq digər nəqliyyat vasitələrinə əngəl törədən sürücülər olduqca çoxdur. Paytaxtın müxtəlif küçələrində bu qayda pozuntusuyla qarşılaşmaq artıq adi hala çevrilib. Tətbiq olunan cərimələrə baxmayaraq yenə də hərəkət zolağını zəbt edən sürücülər yolun ümumi vəziyyətinə təsir göstərirlər.
Belə avtomobil idarəçiləri arasında yol nişanlarına məhəl qoymayanlar da kifayət qədərdir. Xüsusilə avtobus nişanını görməzdən gələrək həmin zolaqla sürən, yaxud dayanacaqda park edən sürücülər daha təhlükəli vəziyyət yaradırlar.
Belə sürücülər çox vaxt sıxlığa düşməmək və ya bir neçə metr önə keçmək üçün avtobus zolağıyla hərəkət edirlər. Nəticədə onlar ictimai nəqliyyat vasitəsinə maneə törədərək onun ikinci, yaxud üçüncü zolaqda saxlamasına səbəb olur. Bu isə yolda lüzumsuz tıxacın yaranmasına gətirib çıxarır və sərnişinlərin həyatını riskə atır.
Paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeyd etdiyimiz qayda pozuntusunu törədən sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə dekabrın 12-də saat 18:50 radələrində qeydə alınıb. Bildirilir ki, hər gün “İnşaatçılar” metrostansiyası yaxınlığında eyni mənzərə yaranır.
Görüntüdən aydın olduğu kimi, avtobus zolağını parklanma zonasına çevirən sürücülər nəqliyyat vasitələrinə çətinlik yaşadır. Nəticədə onlar yolu daraldaraq tıxaca və avtobusların orta zolaqla hərəkət etməsinə səbəb olurlar. Həmçinin avtobuslar üçün nəzərdə tutulmuş dayanacaq da parkinq kimi istifadə edildiyi üçün ictimai nəqliyyat vasitələri ikinci zolaqda saxlamaq məcburiyyətində qalıb.
Qeyd edək ki, avtobus zolağıyla hərəkət edən, yaxud nəqliyyat vasitəsini bu zolaqda park edən sürücülər 40 manat məbləğində cərimə olunur.
Nərmin Əkbər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












