Əksər sürücülər bu halda qayda pozmadıqlarını düşünür - VİDEO

Əksər sürücülər dönmə işığını yandıraraq manevr qaydasını pozduqları zaman qayda pozuntusu törətmədiklərini düşünürlər. Lakin dönmə işığını yandırmaq həmin sürücüyə istədiyi kimi hərəkət etmək hüququ vermir. Eyni zamanda, sağdan ötmə dönmə işığı yandırılsa belə qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, bu, manevr qaydasının pozulması hesab edilir və sürücü 40 manat məbləğində cərimə olunur.
Paytaxt küçələrinin birinində analoji hal kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, “VAZ” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan anidən sola keçərək sağdan ötmə edib.
Maraqlıdır ki, sürücü qaydanı pozduqdan sonra dönmə işığını yandırıb. Lakin həmin zolaqda hərəkətdə olan digər avtomobilin sürücüsü peşəkarlıq nümayiş etdirərərək yaranmış təhlükəni dəf edib.
Ümid edirik ki, yuxarıda qeyd olunan kimi dönmə işığının istənilən manevrə icazə verdiyini düşünən sürücülər bu görüntülərdən ibrət çıxarar.
Videonu təqdim edirik.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












