Əksər taksi sürücüləri təlimə MƏHƏL QOYMUR

Qeyri-rəsmi məlumatlara görə, ölkədə 70 mindən artıq taksi fəaliyyət göstərir.
Buna baxmayaraq, indiyə qədər Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində aparılan təlimlərdən cəmi 12 min 54 sürücü keçib. Bu da ümumi taksi sayının 17 faizi deməkdir.
Baxmayaraq ki, yanvar ayından etibarən buraxılış vərəqəsi və buraxılış kartı olmadan taksi fəaliyyəti ilə məşğul olanlar cərimələnəcəklər. Apardığımız sorğudan da aydın oldu ki, hələ də təlimlərə qatılmayan və ya qatılmaq istəməyən sürücülər var. Lakin təlimi vacib hesab edənlər də az deyil.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyir ki, buraxılış vəsiqəsi olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə isə 50 manat məbləğində cərimə tətbiq olunur.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də deyir ki, taksi şirkətləri və taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər mütləq qoyulan tələblərə əməl etməlidirlər. Əks halda heç bir taksi şirkəti buraxılış kartı olmayan sürücülərə sifariş yönləndirə bilməyəcəklər. Yönləndirdikləri halda isə cərimələnəcəklər.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












