Əlillər üçün nəzərdə tutulmuş yeri zəbt edən sürücülər - VİDEO

Paytaxtın müxtəlif küçələrində dayanma-durma və parklanma qaydalarını pozan sürücüləri demək olar ki, hər gün görürük. Xüsusilə piyadalar üçün ayrılmış səkilərdə, parklarda avtomobilini saxlayanlar olduqca çoxdur. Hətta onlar arasında ərazini saatlarla, günlərlə şəxsi parkinqinə çevirənlər də var. Xəbərdarlıq nişanlarına belə məhəl qoymayan bu tip sürücülər üçün əsas məsələ öz işini həll etməkdir. Belə ki, onlar avtomobilini yaxın ərazidə saxlamaqla vaxtına və yanacağına qənaət etdiklərini düşünürlər. Lakin səbəb ola biləcəkləri nəticəni nəzərə almırlar.
Qeyd etdiyimiz bu qayda pozuntusuyla bağlı izləyici Avtosfer.az-a məlumat göndərib. Bildirib ki, xoşagəlməz mənzərə paytaxtın 8 Noyabr prospektində - yeni açılan “Bravo” supermarketinin parkinqində baş verib. Videodan göründüyü kimi, 90-XS-145 dövlət nömrə nişanlı “KIA” markalı və 90-UV-902 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüləri “əlil” tanınma nişanlı nəqliyyat vasitələri üçün nəzərdə tutulan parklanma yerini zəbt edib. İzləyicinin iddiasına görə, o, sürücülərdən birinə yaxınlaşaraq qayda pozduğunu bildirsə də xanıma məhəl qoymayıb və bir neçə dəqiqəyə ərazidən uzaqlaşacağını deyib. Həmçinin şikayətçi parkinq üçün ayrılmış ərazini videoya çəkərək kifayət qədər boş yerin olduğunu vurğulayıb.
Qeyd edək ki, əngəlli insanlar üçün nəzərdə tutulmuş parklanma yerindən istifadəyə görə 10 manat cərimə tətbiq olunur.
Nərmin Əkbər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












