Ərşad Hüseynov tıxaclardan və ictimai nəqliyyatdan danışdı - VİDEO

Paytaxtın tıxac problemini necə aradan qaldırmaq olar?
Hüquqşünas Ərşad Hüseynov Avtosfer TV-nın yeni buraxılışında ekspert Elməddin Muradlı ilə birlikdə tıxac problemindən danışıb. Onun sözlərinə görə, bu istiqamətdə hərtərəfli işlər görülməsi şərtdir. Lakin ən əsası şəhərsalma ilə bağlıdır. İlk olaraq Bakıdan kənar olan ərazilər inkişaf etdirilməlidir.
İkincisi, ictimai nəqliyyata yanaşma kökündən dəyişməlidir, yeni metro stansiyaları açılmalı, avtobusların sayı artırılmalıdır və ən vacibi gediş haqqları azaldılmalıdır.
Ekspertin “Əgər bütün bu deyilənlər reallaşarsa, şəxsi avtomobilindən imtina edənlər olacmı?” sualına aydınlıq gətirən hüquqşünas qeyd edib ki, vətəndaşlar arasında sorğu keçirilib və çox gözəl nəticə əldə olunub. “Mən inanıram ki, verilən cavablar səmimi idi. Əlbətdə olacaq, bu gün ictimai nəqliyyat səni daha rahat, tez və büdcəyə uyğun şərtlə aparırsa niyə də olmasın. Üstəlik, bunun insan həyatı üçün də önəmi çoxdur”.
Ərşad Hüseynov Bakıda metro stansiyalarının sayının plana uyğun olmadığını da vurğulayıb.
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












