Əsgər ziyarətinə gedən ailə qəzaya düşdü: 2 ağır, 7 yaralı - VİDEO

Türkiyədə əsgər ziyarətinə gedən ailə qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə DHA xəbər portalı məlumat yayıb. Qəza Alaşəhər-Salehli avtomobil yolunun Təpəköy keçən hissəsində baş verib. Mustafa Gündoğanın idarə etdiyi avtomobil, qarşı yolda hərəkətdə olan Yunus Güvəncin idarə etdiyi avtomobillə toqquşub. Toqquşmanın gücündən Mustafa Gündoğanın maşını yol kənarına aşıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü ilə, Güvəncin maşınında olan 2 nəfər və Gündoğanın avtomobildə olan 4 nəfər xəsarətlər alıblar. Ətrafdakı insanların çağırışı ilə qəza yerinə tibb, xilasetmə və polis əməkdaşları gəliblər. Yaralılar ərazinin müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onlarda 2-nin vəziyyətinin ağır olduğu bildirilib. Polis qəza ilə bağlı araşdırma aparır.
Namiq

Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












