Gecə yolu bu prospektdən düşən sürücülər diqqətli olsun – Yenə qazıblar, nişan yoxdur - VİDEO

Paytaxtın 8 Noyabr prospektində təhlükəli vəziyyət yaranıb. Bu barədə izləyicilərimizdən biri Avtosfer.az-a video göndərib. Videodan aydın olur ki, Zığ dairəsindən üzü şəhər istiqamətində hərəkət edərkən SOCAR YDM-ni keçən kimi yolun kənarında təmir işləri aparılır. Görüntülərdə bəzi yerlərdə hərəkət zolağının üzərinə qum-çınqıl töküldüyü və ağır texnikaların park edildiyi aydın görünür. Lakin ərazidə təmir tikinti işlərinin getməsi ilə bağlı heç bir xəbərdarlıq nişanı yoxdur. Üstəlik, yolun sağ tərəfi işıqlandırılmadığı üçün sağdakı iki zolaq tam qaranlıq olur və sürücülərin həmin maneəni gec görüməsinə səbəb olur. Bu da axşam saatlarında yoldan istifadə edən sürücülər üçün təhlükə yaradır.
Xəbərdarlıq nişanının olmaması sürücüləri çaşdıra və ciddi qəzalara yol aça bilər.
Qeyd edək ki, belə hallara bir çox dövlət qurumları tərəfindən yol verilir və bu da ağır qəzalara səbəb olur. Görünür, hələ də nəticə çıxarmayıblar.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












