Gəncənin bu ərazisində yollar bərbad haldadır – Sakinlər kömək istəyir - VİDEO

Bura Qədim Gəncənin 2-ci mikrorayon ərazisi sayılır. Burada yaşayan sakinlər yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Avtosfer.az saytının qaynar xəttinə göndərilən videodan da aydın görünür ki, hər gün palçıqlı yollarla hərəkət etmək məcburiyyətində olan sakinlər artıq boğaza yığılıblar. Döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb. Amma nədənsə gözdən, könüldən uzaqda olan bu əraziyə nə baxış keçirən var, nə də problemi həll etməyə çalışan qurum. Hər gün bu yolla hərəkət edən piyadalarla yanaşı, sürücülər də çala-çuxur yollarda həm vaxt itirirlər. Həm də avtomobilə ziyan dəydiyi üçün pul xərcləməli olurlar. Çünki yolun bərbad olması səbəbindən avtomobillərə ziyan dəyir.
Yayın qızmar istisində qış arzulayanlar indi heç payızı da sevmirlər. Çünki yağış yağar-yağmaz vəziyyət daha da acınacaqlı və keçilməz olur. Bu da sakinlərin həyat şəraitini çətinləşdirir.
Məlum mənzərə narahatlıq doğurmaya bilmir. Qazıq-qazıq olan yol, çala-çuxurlardakı gölməçələr, palçıqdan, daş-kəsəkdən keçilməz olan səkilərin tespublikanın ikinci böyük şəhərində lentə alınması da ayrıca təəssüf doğurur.
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












