Harada boş yer görsə ora soxulan sürücü - Qazidir, əsəbidir - 90-ZB-825 - VİDEO

Yolda yaranmış boşluqdan istifadə edərək qayda pozan sürücülərə tez-tez rast gəlirik. Ənənəvi hala çevrilən bu mənzərə digər nəqliyyat vasitələrinə maneə olmaqla yanaşı qəzanı da qaçılmaz edir.
Təəssüf ki, zolaqdan-zolağa keçid etməklə zamana qənaət etdiklərini düşünən bu tip sürücülər baş verə biləcək təhlükəni nəzərə almır. Bir qismi isə bunu peşəkarlıqla səhv salır. Səbəb nə olursa olsun yolda hərəkətdə olarkən qaydalara riayət etmək və digər sürücüləri də nəzərə almaq lazımdır.
Analoji qayda pozuntusuyla bağlı izləyici Avtosfer.az-a videomaterial göndərib. Bildirib ki, hadisə bir neçə gün əvvəl Yasamal rayonu Abdulla Şaiq küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, 90-ZB-825 dövlət nömrə nişanlı “Opel Zafira” markalı avtomobilin sürücüsü tıxac zamanı hərəkət etdiyi zolaqları lüzumsuz olaraq dəyişib. O, avtomobillərin arasında boş yer tapan kimi zolağını həmin istiqamətə dəyişərək qaydaları pozub. Hətta sağ zolaqdan sola keçid edərək yenidən həmin zolağa qayıdıb. Bu zaman arxada olan avtomobilə qəza təhlükəsi yaradıb. Dönmə işıqlarından istifadə etməyən sürücüyə irad bildirildikdə isə sərt manevrlər edərək mübahisə yaratmaq üçün yolu kəsməyə cəhd edib.
Qeyd edək ki, avtomobilin üzərində taksi tanınma nişanı və “Qazi” yazılmış işarə var.
Nərmin Əkbər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












