Hövsan-Zığ yolunda təhlükə saçan piyada keçidi - VİDEO

Zığ-Hövsan yolunun üzərində, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığında yerləşən 35 qatlı pilləkənin olduğu yerüstü keçiddə nə yeriyən pilləkən var, nə də ki lift işləyir.
Keçiddə fiziki imkanları məhdud olan şəxslərin, o cümlədən yaşlıların hərəkət etmələri üçün lazımınca şərait yaradılmayıb. Keçidin problemi bununla da bitmir. Tavandan sallanan elektrik naqilləri, yuxarıdan tökülən hissələr insanların həyatına birbaşa təhlükə mənbəyidir.
Sakinlərin sözlərinə görə, lift olsa, daha yaxşı olar. Belə ki, burada pəncərə yoxdur, hər şey qopub tökülür. Təhlükəsizlik üçün hər tərəfi örtülü olmalıdır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, sözügedən piyada keçidində tam olaraq işlər yekunlaşdırılmayıb. Hazırda piyada keçidində müəyyən tamamlanma işləri gedir, o cümlədən elektrik xətti ilə təmin olunması istiqamətində podratçı şirkət tərəfindən müvafiq addımlar atılır.
Ətraflı Baku TV-nin süjetində:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












