İran Azərbaycan vətəndaşı olan TIR sürücülərini 75 gündür sərhəddən buraxmır - VİDEO

Araz çayının o tayından bu tayına yük daşıyan Azərbaycan vətəndaşı olan TIR sürücüləri artıq 75 gündür İran Astarasında saxlanılıblar. Onlar iddia edirlər ki, İran şirkətinin məhsullarını Azərbaycan üzərindən keçməklə Rusiyaya aparırlarmış. Bəs İran sərhədçiləri sürücülərimizi niyə buraxmırlar?
Soydaşlarımız düz 75 gündür İran Astarasında sürdükləri yük avtomobilində gecələmək məcburiyyətində qalıblar.
Onlarla sürücü Azərbaycan üzərindən keçməklə Rusiyaya yuyucu toz aparmaq adı ilə yola çıxsalar da, sərhəddə saxlanılıblar.
“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sürücülər iddia edirlər ki, Rusiyaya daşınan yük İran şirkətinə məxsus olmasına baxmayaraq bu ölkənin sərhədçiləri iki aydan artıq müddətdə onları keçməyə qoymurlar.
Sürücülər iddia edir ki, onların avtomobilləri müsadirə olunaraq Rəşd şəhərinə aparılacaq. Bundan sonra məhkəmə prosesi keçiriləcək ki, bu da ən azı 2-3 il vaxt alacaq.
Onlar Azərbaycanın aidiyəti dövlət qurumlarına müraciət etdiklərini də bildiriblər. İndi onların istəkləri bu məsələnin həll edilməsidir.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












