Kart və vərəq almayan taksi sürücüləri cərimələnəcəkmi? - Ekspertdən AÇIQLAMA - VİDEO

Avtosfer.az saytının rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bu il taksi fəaliyyyəti ilə məşğul olanları nə kimi yeniliklər gözlədiyini açıqlayıb.
Ekspertin sözlərinə görə, 2024-cü ildən taksi fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur və bu fəaliyyət nəticəsində insanların daha çox ictimai nəqliyyata üz tutması təmin ediləcək: "Taksi fəaliyyətində ciddi nəzarət var. Sürücülərin peşəkarlıq məsələsi və qanuni fəaliyyəti əsas hədəflərdəndir. Çünki qanunsuz fəaliyyət göstərən taksilərin sayı kifayət qədər çoxdur və bu da yollarda sıxlığa səbəb olur, yəni avtomobillərin yollarda, küçələrdə hərəkəti artıq tənzimlənəcək. Bu baxımdan, tətbiq olunacaq qaydaları hamı diqqətlə bilməli və əməl etməlidir. İlk növbədə, taksi fəaliyyəti üçün imtahan vermək lazımdır, sürücü təlim mərkəzində hazırlıq keçməli, sertifikat almalı, buraxılış kartı və buraxılış vərəqi əldə olunmalıdır. Bunun üçün sağlamlıq haqqında arayış da tələb olunur.
Digər sənədlər 7 illik, fərqlənmə nişanı isə hər ay alınmalıdır. Bunun əsasında da onlar taksi sürücüsü kimi fəaliyyət göstərə bilərlər. Sürücü əgər fərdi qaydada fəaliyyət göstərirsə, mütləq avtomobilində taksometr olmalıdır. Bunlar olmadığı, sürücü tibbi müayinədən keçmədiyi təqdirdə şirkətlər bu sürücülərlə əməkdaşlıq etməməlidir. Əks halda onların da böyük cəzası var, 40 manatdan 40 000 manata qədər cərimələr nəzərdə tutulur".
Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, qaydalara riayət etməyənlərə heç bir güzəşt olmayacaq:
"Ona görə taksi sürücüləri indidən bu işləri bilsinlər və həmin qaydalara uyğun hərəkət etsinlər. Hansı kateqoriyaya, hansı təbəqəyə məxsus olmağından asılı olmayaraq heç kimə güzəşt olmayacaq. Artıq dövlətin iradəsi bu sahəni tənzimləməkdən ibarətdir. Bir neçə ay öncədən atılan müəyyən addımlar nəticələr verib. İnsanlar daha çox ictimai nəqliyyata üz tuturlar. Düzdür, ictimai nəqliyyatımızın vəziyyəti deməzdim ki, çox yüksəkdir. Amma hər bir halda yavaş-yavaş bu proses də tənzimlənir. İctimai nəqliyyatda vəziyyət düzəldikcə taksidə də vəziyyəti tənzimləyib insanların rahat hərəkətini təmin edirlər. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hazırlanan bir çox təkliflər və layihələr var. Bunlar dəqiqliklə icra olunduqca vəziyyət daha da yaxşılaşacaq. Taksi fəaliyyəti xaotik bir sahəyə çevrilib. Burada nizam intizama çox ciddi ehtiyac var".
Hazırda buraxılış kartı və buraxılış vərəqinin forması hazır olmadığı üçün əldə etmək mümkün deyil. Bu səbəbdən də sürücülər əvvəlki qaydada işlərini davam etdirə bilərlər. Yeniliklər barədə məlumat veriləcək.
Məhəbbət Tərlanoğlu
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












