Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü - VİDEO
Bu gün Bakı-Sumqayıt yolunun Masazır dairəsində film kimi cinayət hadisəsi baş verib. Saytımızın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə hadisə zamanı 1 nəfər ciddi xəsarət alıb, 5-dən çox avtomobil zərər çəkib.
Avtosfer.az 7news-ə istinadən xəbər verir ki, hadisə 90 NL 620 dövlət qeydiyyat nişanlı 'BMW 750' markalı avtomobilin 99 SV 076 dövlət qeydiyyat nişanlı 'Hyundai Elantra' markalı avtobili təqibindən sonra başlayıb. Yüksək sürətlə hərəkət edən 'BMW' markalı avtomobilin sürücüsü 'Elantra'nı Masazır dairəsində tıxaca salır və surətlə arxasından vurur. Vurduqdan sonra əsəbi soyumayan sürücü surəti artıraraq 'Elantra'nı yoldan çıxarmağa çalışır. 5-dən çox avtomobil də bu zaman ciddi zərər görür.
Məlumata görə olayların ən dəhşətli hissəsi isə bundan sonra başlayır. 'BMW'dən düşən 3-4 nəfər idmançı təəssüratı bağışlayan gənc əvvəlcə 'Elantra' sürücüsünü maşından çıxarır, sonra elə Masazır dairəsində də ölümcəsinə döyürlər. Döyülən şəxsə qarşı başqa avromobildən düşən şəxslər də hücum edir. Ətrafdakı insanların müdaxiləsi nəticəsində 'Elantra' sürücüsü ölümdən yaxa qurtarır. Məsələnin ən maraqlı tərəfi isə budur ki, 'vorzakon'lar öz 'işlərini'gördükdən sonra öz avtomobilləri ilə yanaşı döyülən şəxsin də avtomobilini sürərək hadisə yerindən uzaqlaşırlar.
Döyülən şəxsin müxbirimizə verdiyi məlumata görə hadisə onun dostu ilə bu şəxslər arasında baş verən mübahisəyə görə olub.
Daha sonra hadisə yerinə DYP əməkdaşları gələrək döyülən şəxsi ərazidən uzaqlaşdırıblar.
Mövzunu diqqətdə saxlayacağıq.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












