Maşını vurulan qazi 10 aydır sığortadan pul ala bilmir: SƏBƏB - VİDEO

Avtomobili vurulan sürücü ona dəymiş ziyanın hələ də ödənilməməsiylə bağlı Avtosfer.az-a müraciət edib. 44 günlük Vətən müharibəsi iştirakçısı İsmayılov Vəfadarın sözlərinə görə, qəza martın 12-i, saat 17:59 radələrində Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, o, 99-GC-845 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən 99-DX-976 dövlət nömrə nişanlı “Ravon” markalı maşın tərəfindən vurulub. Zərərçəkmiş sürücünün qəza törədərək hadisə yerindən uzaqlaşdığını və avtomobilinə dəymiş ziyanın hələ də aradan qaldırılmamasını iddia edir. “Qəzadan 10 ay keçməsinə baxmayaraq avtomobilimə dəymiş ziyan sığorta tərəfindən ödənilmir. Şirkət zərərin qarşılanması üçün Forma 4 sənədi tələb edir. Aidiyyəti orqana yaxınlaşdığım zaman isə qəza törədən sürücünün idarəyə gəlməsini və ona müvafiq protokol yazıldıqdan sonra sənədi verə biləcəklərini qeyd edirlər”.
Sürücü məsələnin ictimailəşdirilməsini və müvafiq köməklik göstərilməsini xahiş edir.
Videomaterialı təqdim edirik:
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












