Məhəmmədi küçələrində “07”nin qabağını qaldırıb qayda pozan Tik-Toker - VİDEO

Sosial şəbəkələrdə qayda pozub videoya çəkən, yaxud görüntülənən sürücülər kifayət qədərdir. Xüsusilə “TikTok” sosial platformasında bu tip videolara sıx rast gəlmək olur. Paylaşılan videoların istifadəçi sayı getdikcə artan sosial şəbəkədə yayınlanması isə yetişməkdə olan gənc nəslə pis örnəkdir.
Qeyd etdiyimiz məsələylə bağlı daha bir TikTokerin videoları sosial şəbəkələrdə geniş yayılıb. Avtosfer.az-ın məlumatına görə, 10-VR-897 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobilin sürücüsü törətdiyi qayda pozuntularını videoya çəkərək paylaşıb. Görüntülərdən aydın olduğu kimi, “VAZ”a müəyyən konstruksiya dəyişikliyi edilib. Belə ki, o, avtomobilin yaylarını kəsərək ön hissəsini qaldırıb. Həmçinin bəzi videolarında maşını ön dövlət nömrə nişanı olmadan idarə edib. Digər görüntüdə isə sürücü, əks yola çıxaraq təhlükə yaradıb və “07”ni avtobus dayanacağında saxlayaraq çəkiliş edib.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












