Məhkəmədə işləyən sürücü qəza törətdi, günahı qarşı tərəfə atdı - VİDEO

Bu il avqustun 27-də saat 15.59-da Hacıqabul rayonu ərazisində baş vermiş yüngül yol qəzası məhkəmə predmetinə çevrilib. Qəzada günahkar sayılan sürücü narazı qaldığı üçün məhkəməyə üz tutub və günahın tamamilə qarşı tərəfdə olduğunu iddia edib. Avtosfer.az-a daxil olan müraciətdən aydın olur ki, Hacıqabul rayon Mühafizə Polisinin yanında - Şirvan şəhəri istiqamətində hərəkətdə olan Şirvan sakini Mirzəyev Hüseyn Ərəbxan oğlunun idarə etdiyi “Mercedes Benz E270” markallı 99-CU-387 dövlət nömrə nişanlı avtomobil “Dostluq” kafesindən İsmət Qayıbov küçəsinə hərəkət başlayan Hacıqabul sakini Almazov Pərviz Məhərrəm oğlunun idarə etdiyi “Mercedes Benz E 280” markalı 99-CN-033 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə yerinə gələn Hacıqabul RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru Ramil Rəcəbov tərəfindən hadisənin başvermə səbələri araşdırılıb. Müşahidə kameralarının görüntüləri və digər xüsusatlar araşdırılıb. Sürücü H.Mirzəyevin İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə xəta törətməsi və P.Almazovun isə İXM-nin 327.1 və 327.2-ci maddələri ilə xəta törətməsinə dair protokollar tərtib edilib. Hadisə yerinə hər iki avtomobili sığorta edən “Xalq” və “Atəşgah” sığortanın nümayəndələri gəlib və araşdırmalar nəticəsində hər iki avtomobilə 1000 manatdan yuxarı sığorta haqqının ödəniləsi qərarı verilib.
Lakin Pərviz Almazov çıxarılan qərarlardan narazı qalaraq digər tərəfə sığorta haqqının ödənilməməsi iddiası ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edib. Hacıqabul rayon Məhkəməsi çıxarılan qərarın tutarlı sübutlarını (kamera görüntülərini) rəhbər tutaraq P.Almazovun iddiasını rədd edib. Daha sonra Pərviz Almazov qərardan Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi Hacıqabul rayon Məhkəməsinin qərarını ləğv edərək işin yenidən rayon Polis Şöbəsində araşdırlmasına qərar verib.
Qarşı tərəf iddia edir ki, qəzanın iştirakçısı olan “Mercedes” markalı 99-CN-033 dövlət nömrə nişanlı avtomobilin sürcüsü Pərviz Almazov hazırda Binəqədi rayon Məhkəməsində hakim köməkçisi kimi çalışır.
Bir neçə il əvvəl isə Şirvan İnzibati Məhkəməsində hakim Elçin Qasımovun köməkçisi vəzifəsini icra edib. Hazırda Elçin Qasımov Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi vəzifəsini icra edir: “Məhz bu faktın narahatedici tərəfi də ondan ibarətdir ki, Apellyasiya Məhkəməsinin qərarına təsirin olduğu və daha sonra yenidən ekspertizanın ədalətli aparılmasına şübhələr yaranır. Şübhələrin yaranmasına səbəb isə Pərviz Almazovun özünün təhdidedici ifadələri əsasında yaranıb. Belə ki, o ifadələrində özü də bilmədən digər tərəfi köhnə əlaqələri ilə hədələyib və onun istəyinin reallaşacağını bildirib”.
Emin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












