"PA" və "PM" "protiv" getdi, "Naz lifan" da onlara qoşuldu - VİDEO

Bakıda əks yola çıxaraq hərəkət edən, bununla da qaydaları kobud şəkildə pozan avtomobillər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, ilk olaraq 10 PA 517 dövlət nömrə nişanlı, “BMW” avtomobil əks yola çıxıb. Onun ardınca 10 PM 357 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil eyni qaydanı pozur. Bundan ilhamlanan 99 TT 595 dövlət nömrə nişanlı, “Naz lifan” markalı (əlillər üçün nəzərdə tutulmuş) avtomobil də onların ardınca gedir. Həmçinin 10 PM 357 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil qadağan olunmuş səs siqnalından istifadə edir.
PA və PM seriyalı avtomobillərin Prezident Adminstrasiyasına məxsus olduğu aydındır. Fərz edək ki, hər hansı əhəmiyyətli dövlət tədbiri ilə əlaqədar olaraq tələsir və qaydanı da ona görə pozurlar. Amma görünən odur ki, onların bu addımı digər sürücülər üçün də prisident olur. Nəticədə “onlara olar, mənə olmaz?” prinsipi ilə hərəkət edirlər. Necə ki, videodakı üçüncü avtomobil kimi. Amma yaxşı olardı ki, dövlət orqanlarına məxsus olan avtomobillərin sürücüləri digərlərinə yaxşı nümunə olsun. Videonu təqdim edirik:
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












