“Parkovşik”ə pul vermədiyi üçün maşınının təkərini deşdilər - VİDEO

Avtomobilinə maddi ziyan vurulan sürücünün videosu sosial şəbəkələrdə geniş yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl paytaxtın mərkəzi küçələrindən birində baş verib.
Sürücünün iddiasına görə, o, “parkovşik”ə pul vermədiyi üçün avtomobilinin təkəri bıçaqla deşilib. “Avtomobilimi park etdikdən sonra “parkovşik” mənə yaxınlaşaraq pul verməyimi istədi. Mən isə üzərimdə xırda pulun olmadığını və qayıdarkən verə biləcəyimi bildirdim. Bir saat sonra əraziyə qayıdanda Arif adlı həmin şəxsin maşınım ön hissəsində dayanmışdı. Daha sonra o köşkə tərəf getdi. Öncə heç nə başa düşməsəm də, avtomobilimə yaxınlaşarkən təkərinin bir neçə yerdən bıçaqla deşilmiş olduğunu gördüm”.
Zərərçəkmiş köşkə yaxınlaşaraq “parkovşikin” harada olduğunu soruşsa da, qadın (Arifin həyat yoldaşı) onu görmədiyini deyib. Sürücü ərazinin qanunsuz parkinq zonası kimi istifadə olunduğunu və hər gün “parkovşik”lərdən 25 manat pul yığıldığını iddia edib.
Qeyd edək ki, avqustun 7-dən etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən "Azparking" mobil tətbiqi istifadəyə verilib. Nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Ödənişlər mobil tətbiq və SMS ödəmə vasitəsilə edilir.
Nərmin Əkbər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












