Paytaxt yollarındakı elektron lövhələr NİYƏ İŞLƏMİR? - VİDEO

Sürücülər əksər ərazilərdə elektron lövhələrin işləmədiyini deyir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, elektron rəqəmsal tablolar təxminən 10-12 il əvvəl dövlət büdcəsindən ayrılan vəsaitlə quraşdırılıb. Amma, nəticəsi uğursuz olub. Ekspert bunu müxtəlif səbəblərlə əlaqələndirir.
Ərşad Hüseynovun sözlərinə görə, bu manitorların bərpası xeyli vəsait tələb edir. Bundan başqa insanlar yollardakı vəziyyəti artıq mobil cihazlardan da öyrənə bilirlər. Ekspertin fikrincə, bu qurğuların əvəzinə yeni operativ tətbiqlər yaradılsa daha səmərəli olar. Yəni küçədə qoyulan həmin lövhələr artıq köhnəlmiş texnologiya hesab edilir.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, paytaxt yollarında nasaz vəziyyətdə olan Elektron Rəqəmsal Tabloların çox hissəsi istismar müddətini başa vurub. Həmin qurğuların, eləcə də digər texniki avadanlıqların yenilənməsi istiqamətində təkliflər hazırlanıb və bu istiqamətdə işlər aparılır.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












