Paytaxtın mərkəzində səkidə tikilən qanunsuz obyekt söküldü - VİDEO

Piyadaların təhlükəsiz hərəkəti üçün təşkil olunmuş səki və keçidlərin zəbt olunduğunu tez-tez müşahidə edirik. Bu həm piyadaların hərəkətinə maneə olur, həm də onların həyatı üçün təhlükə mənbəyidir.
Avtosfer.az xəbər verir ki, analoji hadisə Mətbuat prospektində qeydə alınıb.
Bu barədə dünən (27 dekabr) izləyicilərimizdən biri saytımıza videogörüntü göndərib. Görüntülərdən aydın olur ki, səkidə ağaclar kəsilib, yer betonlanıb. Budaqları budanıb, dibi betonlanan bir ağac isə çox güman ki, yaxın zamanda kəsiləcək. Ağacların nə vaxt və necə kəsildiyi məlum deyil. Səkidə yeni tikili ilə yanaşı çay evi də inşa edilib. Bu ətrafdakı bitki örtüyünə zərər vurub, həmçinin piyadaların hərəkətinə də maneə olur.
Məsələ ilə bağlı Avtosfer.az Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Yasamal Rayonu İcra Hakimiyyətinə müraciət etdik. Hər iki qurum faktla bağlı araşdırma aparacağını bildirdi.
Avtosfer.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu bildirib ki, idarənin əməkdaşları tərəfindən Yasamal rayonu, Mətbuat prospekti ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib:
“Nəticədə Baş İdarə tərəfindən sözügedən ünvanda özbaşına tikinti faktı aşkarlanaraq cəhdin qarşısı alınıb, müvafiq qurumlarla birlikdə metal konstruksiya sökülub”.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












