DYP piyadavurmalarla bağlı dəhşətli rəqəmlər açıqlayıb real görüntüləri yaydı - VİDEO

Piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayı artıb. Səbəb müxtəlif olsa da, əslində, məsuliyyətsizlik öndədir. Piyadalar üçün şəraitin olmaması da vacib məqamdır.
Piyadaların iştirakı ilə baş verən qəzalarla bağlı Avtosfer.az-ın suallarını Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik-leytenant Rövşən Tağıyev cavablandırıb. O təəssüflə bildirib ki, son vaxtlar piyadavurma hadisələrinin sayında müəyyən qədər artım var. “İlk növbədə 11 ayın statistikasına nəzər yetirək və piyadavurma hadisələri ilə bağlı hadisələri şərh edək. Cari ildə respublika yollarında ölüm və xəsarətlə nəticələnən 1502 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 776 nəfər dünyasını dəyişib, 1293 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən illə müqaisədə həm yol-nəqliyyat hadisələrinin sayında, həm də xəsarət alanların sayında azalma müşahidə olunsa da, təəssüflər olsun ki, ölüm hallarında müəyyən qədər artım var. Respublikada ümumi yol-nəqliyyat hadisələrinin 40 faizinə yaxını, paytaxt ərazisində isə 60 faizinə yaxını məhz piyadavurma hadisələridir”.
Şöbə rəisi qeyd edib ki, ölüm halları piyadavurma ilə bağlı hadisələrə görə çoxluq təşkil edir: “Əgər piyadavurma hadisələrinin sayındakı azalmanı istədiyimiz nəticəyə gətirib çıxara bilsək, bəlkə də Azərbaycan Avropa ölkələri sırasında ən az yol-nəqliyyat hadisəsi və ölüm olan ölkələr sırasına qoşular. Piyada və sürücü məsuliyyətsizliyi, infrastrukturla bağlı problemlər hadisələrin əsas səbəblərindəndir. Belə hadisələrin qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalı və çəkindirmə vasitəsi olan cərimələr tətbiq olunmalıdır. Heç bir qurum, eləcə də Baş Dövlət Yol Polisi İdarəsi cərimələmə tərəfdarı deyil. Lakin bəzi sürücülər var ki, onlar yalnız cərimələndikdən sonra dərs çıxara bilirlər.
Bir məlumatı da diqqətə çatdırım ki, bu ilin 11 ayı ərzində respublika yollarında 26 azyaşlı piyada vurma hadisəsində dünyasını dəyişib. Bu azyaşlılar valideyinlərinin yanında həyatını itirib. Valideyinlərin diqqətsizliyi, məsuliyyətsizliyi və qayda pozması uşaqların ölümü ilə nəticələnir”.
Rövşən Tağıyev vurğulayıb ki, Baş Dövlət Yol Polisinin təkcə paytaxt ərazisində bu il 500-ə yaxın görüş keçirilib ki, bu görüşlərin əksəriyyəti məktəblərdə baş tutub. “Azyaşlı uşaqlara yol hərəkəti qaydalarını izah edirik ki, onlar öz təhlükəsizliyini qoruya bilsinlər. Valideynin səhvinə görə azyaşlı həyatını itirirsə məncə, bu, cəmiyyət, dövlət və həmin valideyin üçün ağır faciədir”.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu marifləndirmə işlərinin müsbət nəticə verəcəyinə ümid edir. “Təqdim edəcəyimiz real qəza görüntülərinin özü də maarifləndirmənin bir üsuludur. Çünki biz əyani vasitələrlə bu görüntüləri təqdim edib öz şərhimizi verəcəyik”.
Videonu təqdim edirik:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO













