Prospektdə hoqqa verən “Prius” eyni istiqamətli yolda "protiv" getdi - VİDEO

Son zamanlarda qeydə alınmış yol-nəqliyyat hadisələrinin çoxalması qayda pozan sürücülərin artdığını göstərir. Sürət həddiylə yanaşı yol hərəkəti qaydalarının icra edilməməsi qəzanın hər an baş verəcəyinə zəmin yaradır. Təəssüf ki, qaydalara məhəl qoymayan sürücülər öz həyatlarıyla yanaşı digər nəqliyyat vasitələrini də təhlükəyə atırlar. Hətta onların arasında aidiyyəti orqanları və tətbiq olunacaq cəzaları görməzdən gələn şəxslər də az deyil. Hər şeyi gözə alan belə sürücülər baş vurduqları qayda pozuntularını, avtoxuliqanlıq şoularını açıq şəkildə kameraların qoyulduğu, sıxlığın yüksək olduğu yollarda da tətbiq edirlər.
Qeyd etdiyimiz halla bağlı paytaxtın Nərimanov prospektində kobud qayda pozan sürücünün videosu anbaan kameralara düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 17-də saat 19:51 radələrində Mərkəzi Parkın yaxınlığında qeydə alınıb.
Görüntüdən aydın olduğu kimi, “Toyota Prius” markalı avtomobilin sürücüsü eyni istiqamətli yolda “protiv” gedərək öz zolağında hərəkət edən avtomobillərə qəza şəraiti yaradıb. Belə ki, axına qarşı irəliləyən avtomobil nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədib. Yaranmış vəziyyətdən çıxış yolu kimi sürücülər digər zolağa keçməyə məcbur qalıb.
Nəticədə yolda sıxlıq yaranıb. Qayda pozan “Prius” sürücüsü isə "performans"ını davam etdirərək daha çox avtomobili qəza təhlükəsiylə üz-üzə qoyub.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












