Qanunsuz silah saxlayanları nə gözləyir? - Çıxış yolu - VİDEO

Son vaxtlar qanunsuz saxlanılan odlu silahların vətəndaşlarda aşkarlanması halları çoxalıb. Maraqlısı budur ki, belə hallar Vətən müharibəsindən və lokal antiterror əməliyatlarından sonrakı dövrdə daha da intensivləşib. Bəs vətəndaşların odlu silahlara olan marağının səbəbi nədir? Qanunsuz odlu silahlar vətəndaşların əlinə necə keçir?
Bu barədə Avtosfer.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, vətəndaşla son 3 ildə könüllü olaraq polis orqanlarına 553 odlu silah və 80 minə yaxın döyüş sursatı təhvil verib. Daxil olan məlumatlarda ayrı-ayrı şəxslərin müxtəlif yollarla ələ keçirdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallarının mövcud olması aydın olur.
Məsələ ilə bağlı Avtosfer.az-a danışan kriminalist Şəmsəddin Əliyev bildirib ki, odlu silahların vətəndaşlardan yığılması baş verə biləcək silahlı cinayətlərin qarşısını alır:
“Müharibə başladığı andan bu günə qədər vətəndaşlar cəbhə bölgəsinə gedib, qayıtdığı zaman diqqətsizlik səbəbindən silahlar onların əlinə keçib. Müəyyən sahədə istifadə olunmasa da hər halda məsəldə deyildiyi kimi silahın tətiyini çəkməsən belə o qəfil açıla bilər. Təhlükədən sığortalanmaq üçün bu tədbirlərin həyata keçirilməsi düzgündür.”
Kriminalist qeyd edib ki, silahlar bəzən yaşlı və ya ovçular cəmiyyətinin üzvü olan şəxslərə məxsus olur, lakin onlar dünyasını dəyişdikdən sonra evdə miras kimi qalır ki, silahın sahibi bəlli olmur:
“Azərbaycanda odlu silahların əldə edilməsi, saxlanılması və daşınması yalnız Daxili İşlər Nazirliyinin müvafiq icazəsi əsasında həyata keçirilir. Bu icazə yoxdursa saxlanılan silah mütləq ərazi üzrə polis orqanlarına təhvil verilməlidir”.
Qeyd edək ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə hüquq mühafizə orqanlarını məlumatlandıran şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












