Qayda pozaraq sürət həddini aşan sürücülər ağır qəzaya düşdü; biri öldü - VİDEO
Avtosfer TV
16 Dekabr 2025 22:03

Qayda pozan və sürət həddini aşan sürücülər ağır yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində baş verən hadisə kameraya düşüb. Məlumata görə, şəhərin Seferihisar rayonunda yüksək sürətlə idarə olunan 35 CFT 739 nömrə nişanlı “Volkswagen” markalı avtomobil piyada keçidindən keçməyə çalışan motosikletçini vurub.
Zərbənin təsirindən sürücü motosikletlə birgə bir neçə metr sürüklənib və qarşıda hərəkətdə olan başqa bir maşına arxadan çırpılıb.
Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bundan əlavə, hər iki avtomobilə ciddi zərər dəyib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Oxunub : 1022
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 14:44
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
7 Oktyabr 2026 11:06
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
7 Oktyabr 2026 11:00
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
6 Oktyabr 2026 14:00
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
5 Oktyabr 2026 13:41
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
5 Oktyabr 2026 12:00
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
5 Oktyabr 2026 11:30
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
2 Oktyabr 2026 10:30
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
1 Oktyabr 2026 21:00
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
26 Sentyabr 2026 20:15
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
26 Sentyabr 2026 17:22
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO
25 Sentyabr 2026 10:00
Svetofor işləyir amma qırmızı işığı yanmır - Hər an qəza ola bilər - VİDEO
ŞƏRH YAZ












