Qobustanın bu kəndindən magistral yola niyə birbaşa çıxış qoyulmayıb? – AAYDA AÇIQLADI

Mətbuatda Qobustan rayonunun Şıxzərli kənd sakinlərinin şikayətiylə bağlı yazı dərc olunub. Belə ki, rayon ərazisində yeni salınmış yol vətəndaşların narazılığına səbəb olub. İddiaya görə, kənddən əsas magistral yola çıxmaq üçün Bakı istiqamətində 3-4 km yol qət etmək lazımdır. Nəticədə yaranmış vəziyyətlə bağlı sakinlər vaxt və yanacaq baxımından çətinlik çəkdiklərini bildiriblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, təhlükəsizlik baxımından magistral yollarda istənilən yerdən geri dönmə vermək mümkün deyil. “Müəyyən məsafələrə uyğun olaraq geri dönmə hissələri yaradılıb. Hər bir kəndin yaşayış məntəqəsinə geri dönüş hissələri verilə bilməz. Məsafəyə və standartlara uyğun olaraq təhlükəsiz ərazilərdə geri dönüş hissələr verilir. Həmin hissələrdən də vətəndaşlar rahat şəkildə istifadə edə bilərlər. Normativə uyğun necədirsə, o cür magistral yollarda geri dönüş hissələri yaradılıb”.
Anar Nəcəflinin sözlərinə görə, geriyə dönmənin verilməsində yolun keçdiyi ərazinin relyefi də nəzərə alınır: “Bəzi ərazilərdə xüsusilə enişli-yoxuşlu yerlərdə geri dönmənin verilməsi təhlükəsizlik baxımından düzgün deyil. Məsələn, sürətli yolda qeyd etdiyin struktura malik ərazidisə nəqliyyat vasitəsi yaxınlaşarkən geriyə dönmə nişanını və bu anda geriyə dönmə manevrini edən digər nəqliyyat vasitəsini görməyə, nəticədə qəzalar baş verə bilər bilər.”
AAYDA rəsmisi bildirib ki, şikayət olunan yolda da ilk olaraq bu nüanslar nəzərə alınıb və ona uyğun işlər görülüb.
Nərmin
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












