"Qoçuluq" edib yol kəsən sürücü cərimələndi - VİDEO
Fevralın 14-də Bakı-Sumqayıt yolunda qoçuluq edən taksi sürücüsünün yolu kəsərək digər sürücünü söyüb təhqir etməsi ilə bağlı video görüntü yayılmışdı. Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt yolunun üzü şəhər istiqaməti olan hissəsində (Beynəlxalq Avtovağzalın yanında) sağ zolaqla hərəkət edən 99-AU-712 qeydiyyat nişanlı "Azsamand" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozaraq sol zolaqda hərəkət edən sürücünün qarşısına keçib. Sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalından istifadə edib. "Azsamand"-ın sürücüsü bundan əsəbiləşərək digər sürücünün qarşısını kəsərək yolda hərəkəti məhdudlaşdırıb. Sonra avtomobildən düşüb qərəzli hərəkətlər edərək səs siqnalından istifadə edən sürücünün şərəf və ləyaqətini alçaldan ifadələr işlədib.
Binəqədi rayon 40-cı Polis Bölməsində xuliqanlıq edən şəxs barəsində araşdırılma aparılıb və sürücünün şəxsiyyəti məlum olub. Sürücü Elnur Əmrəliyev barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Təbriz
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














