Sərxoş sürücü qırmızı işıqda gözlədiyi vaxt sükan arxasında yatıb - VİDEO

Türkiyənin Antaliya vilayətində sərxoş sürücü qırmızı işıqda gözlədiyi vaxt sükan arxasında yatıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Muradpaşa rayonu, Cəbəsoy küçəsində baş verib. Adı açıqlanmayan, 07 VR 844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü qırmızı işıqda dayanıb və mürgüləməyə başlayıb. İçkili olduğu iddia edilən şəxs digər sürücülərin verdiyi siqnal səsinə də oyanmayıb.
Yaşıl işığın yanmasına baxmayaraq avtomobilin işlək olduğu və hərkət etmədiyini görən bir vətəndaş, maşının yanına yaxınlaşaraq sürücünün yatdığını görüb.
Sürücünün sərxoş olduğunu görən vətəndaş polisə xəbər verib.
Hadisə yerinə gələn səhiyyə və polis əməkdaşları sürücünü avtomobildən düşürüblər.
Güclə ayaqüstündə dayanan sürücü, polis maşınına mindirilərək şöbəyə aparılıb.
Həmin anda avtomobilini cərimə meydançasına aparıldığını görən sürücü ağlayıb.
O anları isə ətrafda olan bir şəxs tərəfindən mobil telefonla qeydə alıb.
Avtosfer.az İHA-ya istinadən həmin kadrları təqdim edir:
Namiq
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












