SOCAR-dan qazsız məhəllə sakinlərinə: "Gözləmək istəmirlərsə özləri çəkə bilərlər"

Bakının Sabunçu rayonu Kürdaxanı qəsəbəsində yerləşən Teymur Adıgözəlov küçəsinin sakinləri tərəfindən saytın "Qaynar xətt"inə çoxsaylı şikayətlər daxil olub. Avtosfer.az xəbər verir ki, vətəndaşlar küçədə qaz xəttinin olmadığını iddia edirlər.
Şikayətçi Azər Quliyevin sözlərinə görə, problemlə bağlı bir neçə dəfə "Azəriqaz" ASC-yə müraciət olunub. Lakin problemin həlli ilə bağlı heç bir dəyişiklik müşahidə olunmur.
Şikayəti əlimizdə əsas tutaraq SOCAR Azəriqaz İstehsalat Birliyinin şöbə rəisi Eldəniz Vəliyevə müraciət etdik. Eldəniz Vəliyev sözügedən ərazidən məlumatlarının olduğunu bildirdi. Onun sözlərinə görə, 6-7 yeni fərdi yaşayış evindən ibarət olan bu məhəllənin növbəti mərhələlərdə qazlaşdırılması gündəmdədir. Lakin 2024-cü ilin qazlaşma siyahisina daxil deyil, növbəti mərhələ üçün nəzərdə tutulub.
"Bəs sakinlər necə qaz əldə etsinlər?" sualına şöbə rəisinin cavabı belə oldu: "Sakinlər növbəti mərhələni gözləmək istəmirlərsə, xüsusi lisenziyası olan fərdi şirkətlərə müraciət edib, öz fərdi yaşayış evlərini qazla təmin edə bilərlər".
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












