Sürücülər bu yolda cərimələnib - Sürət həddi 70 qoyulub, amma radar 60-ı çəkib - VİDEO

Goranboyda bir yolda sürət həddini göstərən yol nişanı dəyişdirilib. Lakin sürəti ölçən texniki vasitələr yeni nişanın tələbinə uyğun uyğunlaşdırılmayıb. Ona görə də sürücülərə cərimə gəlib. Düzdü, "Xəzər Xəbər"in çəkilişndən sonra problem aradan qaldırılıb. Bəs indiyə qədər cərimə edilən sürüclərin aqibəti necə olacaq? Onların ödədikləri cərimə pulları geri qaytarılacaqmı?
Sürcüülərin narazılığına səbəb olan radar Goranboy-Tərtər yolunun rayonun Qızılhacılı qəsəbəsi ərazisində quraşdırlıb.
Burada yol nişanı dəyişsə də sürücülər köhnə qaydaya uyğun cərimələnir.
Sürət həddi saatda 70 kilometr göstərildiyi halda sürücülər qaydalara uyğun olaraq hərəkət ediblər. Lakin buna baxmayaraq radara düşüb cərimələniblər.
Sürücü Yasin Nəbiyev bildirib ki, əvvəl həmin radardan öndə saatda 60 kilometr sürət işarəsi qoyulmuşdu. Bir müddət sonra isə həmin sürət həddini göstərən işarə 70-lə əvəzəndi. Amma radarın sürəti ölçməsi isə saatda 60 kilometrdə qalıb. Ona görə də orada 71-73-75 km/saatla hərəkət edən sürüclər cərimələnir.
Həmin yolda hərəkət edən marşurt sürücləri də radarın düzgün işləmədiyini iddia edirlər. Radara çatmadan öncə qoyulan 70 işarəsinin onları çaşdırdığını və nəticədə cərimə olunduqlarını bildirirlər.
Sürücülər üçün yaranan problem "Xəzər Xəbər"in çəkilişindən sonra öz həllini tapıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin ərazidə məsuliyyətə cəlb olunanlar Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərlər.
O da qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılacaq və vətəndaşlara köməklik göstəriləcəkdir.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












