Sürücülük hüququ məhdudlaşdırılan şəxs yenidən imtahan verməlidir? - CAVAB - VİDEO

Sürücülük hüququ məhdudlaşdırılan şəxslər yenidən vəsiqə əldə etmək üçün nə etməlidir?
Avtosfer.az xəbər verir ki, “sürücülər hansı hallarda yenidən imtahan verməlidir və sürücülük hüququ məhdudlaşdırılan şəxsə bu barədə məlumat hansı formada verilməlidir?” sualına cavab olaraq hüquqşünas Ərşad Hüseynov bildirib ki, sürücülük hüququnun məhdudlaşdırılması müddəti 1 il və ondan azdırsa heç bir imtahana ehtiyac yoxdur, lakin bir ildən artıqdırsa mütləq şəkildə vətəndaş yenidən təcrübə imtahanı verməlidir. “Sürücülük vəsiqəsinin vaxtının bitməsi ilə bağlı məsələyə gəlincə isə sürücülərin bir ay, ən az 15 gün qabaqcadan məlumatlandırılması çox yaxşı olar. Texnologiya buna imkan verir” deyə Ərşad Hüseynov qeyd edib.
Onun sözlərinə görə, son vaxtlar məhkəmələr qanunsuz olaraq vətəndaşın iştirakı olmadan ödənilməyən cəriməyə görə sürücünün hüququnun məhdudlaşdırılması barədə qərar çıxarır. Burada iki qayda pozulur. Birincisi, işə baxmazdan əvvəl məhkəmə vətəndaşı məlumatlandırmalıdır. Ola bilsin ki, vətəndaş cəriməni ödəyər və məhdudlaşdırmaya da ehtiyac qalmaz. Digər tərəfdən isə sürücülük hüququ məhdudlaşdırılan şəxsə qərar barədə heç bir xəbər verilmir. Vətəndaş bunu yol polisi onu saxlayanda öyrənir. Burada da boşluq odur ki, vətəndaş nə vaxt qərardan xəbər tutursa, xəbərdar olunma həmin müddətdən sayılmalıdır.
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












