Taksi sürücülərinin yeni fırıldağı: xidmətdən istifadə etmədən sərnişinlərin kartından pul silinir - VİDEO

Son vaxtlar bəzi taksi sürücülərinin yeni fırıldağa əl atdıqları bildirilir. Onlar məkana çatmadan ünvanda olmaları ilə bağlı proqrama bildiriş göndərirlər. Sonra isə gözləyən sərnişini sifarişi ləğv etməyə məcbur edirlər. Belə olduqda isə bank kartları ilə edilmiş ödəniş sərnişinin hesabından çıxılır.
Sosial şəbəkələrdə taksilərin bu cür fırıldağının qurbanı olduğunu iddia edən xeyli şəxsə rast gəlmək olur.
Anoloji vəziyyətlə üzləşənlərdən biri də paytaxt sakini Nicat İbrahimovdur. Onun sözlərinə görə, taksi sifariş verib və ünvana getmədən kartından pul silinib.
Müsahibimiz bildirir ki, bu ilk belə hal deyil. Dəfələrlə üzləşdiyi problemlə əlaqədar taksi şirkətlərinə müraciət etsə də, vəziyyət dəyişməz olaraq qalıb. Yəni dəymiş zərər geri qaytarılmayıb.
Problemlə bağlı bəzi taksi sürücülərinin də fikirlərini öyrəndik. Onlar bildirdilər ki, məsələnin kökündə dayanan əsas səbəb kartla olan ödənişdir. Çünki ödənişin bu cür həyata keçirilməsi əksər taksi sürücüsünün ürəyincə deyil.
Yol hərəkəti qaydaları üzrə ekspert Yasin Mustafayev isə deyir ki, sürücülər belə hallarla rastlaşmamaq üçün bəzi nüanslara diqqət yetirməlidirlər.
Ekspert bildirdi ki, belə faktlarla üzləşən sərnişinlər Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməlidirlər. Daxil olan müraciət əsasında Agentlik də həmin şirkətlərin Azərbaycandakı nümayəndəliyinə ciddi xəbərdarlıq etməlidir.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












